"Mən Trampın tərəfdarıyam" - Lukaşenkodan TƏKLİF

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə təyin edilməsini təklif edib.

Belarus liderinin fikrincə, Tramp təşkilatı canlandırmaq və yeni regional təşəbbüslər irəli sürmək gücünə malikdir.

Lukaşenko aşağıdakı bəyanatı verib:

"Mən Trampın tərəfdarıyam və seçkilərdə onu açıq şəkildə dəstəkləmişəm. O, BMT-nin lideri olmalıdır. Tramp orada yaradılmış 'bataqlığı' qısa zamanda hərəkətə gətirəcək və bizə çoxlu yeni təşəbbüslər təqdim edəcək."