Türkiyənin məşhur publisist yazarı Yılmaz Özdil bugünkü videopaylaşımda Azərbaycanın 1919-1922-ci illərində Türkiyəyə etdiyi yardımlardan bəhs edib.
Musavat.com-a istinadən, publisist Türkiyənin yaşadığı ağır illərdə Bakıdan Türkiyəyə qatarlarla benzin, xam neft, nağd pul, digər xarici valyutalar göndərildiyini və buna dair sənədlərin arxivlərdə yer aldığını bildirib.
O, ayrıca istiqlala mücadiləsi verən Türkiyə üçün Bakıda ianə kampaniyası düzənləndiyini, Nəriman Nərminaovun Atatürkə məktub göndərərək, “bizim türk millətində qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar” deyə məktub göndərdiyindən bəhs edib.
Yılmaz Özdil azərbaycanlı hərbçilərin Türkiyənin istiqlal savaşında iştirak etdiyini, Çanaqqalada 184 Azərbaycan türkünün şəhid olduğunu deyib.
O, azərbaycanlı Səməd Sayğının, Cahangir Novruzovun, Hüseyn Turqutun Türkiyə ordusunda tümgeneral rütbəsi aldıqlarını deyib, eləcə də digər azərbaycanlı polkovniklərin adlarını sadalayaraq, Türkiyədə böyük qəhrəmanlıqlar etdiklərini vurğulayıb.
Yılmaz Özdil çıxışını belə tamamlayıb: “Azərbaycan bir yana, dünya bir yana, kardeşim, nə Filisiyini?”
Yazarın videosunu təqdim edirik: