Bakı, 3 noyabr, AZƏRTAC Avropanın mövcud iqtisadi modeli sosial rifaha xələl gətirmədən uzun müddət ərzində yüksək müdafiə xərclərini qarşılamağa hazır deyil. İkinci Dünya müharibəsindən sonra Avropada formalaşmış sosial dövlət modeli ABŞ-nin təhlükəsizlik təminatına arxalanırdı. Xüsusilə də Almaniya nisbətən ucuz olan Rusiya təbii qazını güclü sənaye infrastrukturu və ixrac potensialı ilə birləşdirirdi. Lakin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bu modelin zəif tərəflərini üzə çıxardı. Çinin istehsal miqyası və maya dəyəri baxımından üstünlüyü də Avropa sənayesinə rəqabət təzyiqini daha da artırdı.Bunu "TRENDS Research & Advisory" tədqiqat mərkəzinin Türkiyə üzrə proqramının direktoru Suha Çubukçuoğlu AZƏRTAC-a açıqlamasında deyib.Onun fikrincə, bütün bunlarla yanaşı, Avropada əhalinin yaşlanma prosesi də müşahidə olunur. Ötən il Avropa İttifaqı əhalisinin 22 faizini 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edib. Pensiya təminatı və səhiyyə xərclərinin artması fonunda bu xərcləri maliyyələşdirməli olan əmək qabiliyyətli gənc əhalinin üzərinə düşən yük getdikcə ağırlaşır. Enerji xərcləri də sənayenin rəqabət qabiliyyətliliyini məhdudlaşdırır. Ötən ilin məlumatlarına əsasən, Avropa İttifaqında enerji tutumlu sənaye sahələri üçün elektrik enerjisinin orta qiyməti ABŞ-dəki müvafiq göstəricidən iki dəfə çox, Çindəkindən isə təxminən 50 faiz yüksəkdir. Bu fərq istehsalın və iş yerlərinin Avropada saxlanılmasını çətinləşdirir, həmçinin kiçik və orta müəssisələrin investisiya imkanlarını məhdudlaşdırır.“Məsələn, Fransada büdcə kəsiri ÜDM-in 5,1 faizini təşkil edir, dövlət borcu isə 115,7 faizə çatıb. Belə şəraitdə büdcə vəsaitlərinin müdafiə xərcləri, borc üzrə faiz ödənişləri və sosial xərclər arasında bölüşdürülməsi getdikcə çətinləşir. Avropada ümumilikdə müşahidə olunan sosial narazılığı da məhz bu büdcə problemləri və əhalinin həyat səviyyəsinə təsir edən təzyiqlər kontekstində qiymətləndirmək lazımdır. Muzdla çalışan insanların alıcılıq qabiliyyətindən, dövlət xidmətlərinin keyfiyyətindən və pensiya təminatından narahat olan əhali təbəqələri artıq 4,5-5 ildir davam edən Ukraynadakı müharibə kimi uzunmüddətli və nəticəsi əvvəlcədən bəlli olmayan münaqişələrə büdcə vəsaitlərinin ayrılmasına qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərclərin onların üzərinə qoyulmasını şübhə altına alırlar. Dövlət xidmətlərinin keyfiyyətinin aşağı olması, borclanma, bərabərsizlik və məhdud məşğulluq imkanları hökumətlərə olan etimadı sarsıdır. Etirazların səbəbləri ölkələrə və əhali qruplarına görə fərqlənsə də, hökumətlərin prioritetləri ilə vətəndaşların gözləntiləri arasındakı uçurum cəmiyyətləri alternativ yollar axtarmağa sövq edir. Bu narazılığın əsasında neoliberal siyasətin yaratdığı iqtisadi imkanların daralması və siyasi təcrid dayanır”, – deyə müsahibimiz izah edib. Onun sözlərinə görə, Avropa İttifaqı yalnız müdafiə sahəsinə yatırımları artırmağı deyil, həm də öz sənaye potensialını gücləndirməyi hədəfləyir. "ReArm Europe" və "SAFE" kimi proqramlar çərçivəsində nəzərdə tutulan 800 milyard avroluq müdafiə xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin böyük hissəsi milli büdcələr hesabına borclanma və xərcləmə qaydalarında çevikliyin təmin edilməsi ilə qarşılanır. Beləliklə, maliyyə yükü və dövlət borcunun dayanıqlılığı problemi həllini tapmamış qalır. Almaniya infrastruktur layihələrinə investisiyaların yatırılması və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 12 il müddətinə bölünmüş 500 milyard avroluq fond ayırıb. Bu, Avropanın yalnız təhlükəsizlik xərclərini deyil, həm də infrastruktur sahəsində investisiyaların gecikməsindən yaranan boşluğu aradan qaldırmağa çalışdığını göstərir.“Yüksək texnologiyalar və sənaye sahəsində, məsələn, Almaniyada "Volkswagen" zavodunun müdafiə sənayesi məhsullarının istehsalına yönəldilməsi planlaşdırılır. Şirkətin açıqlamalarına əsasən, gələn il avtomobil istehsalı dayandırılacaq, İsrailin "Rafael" şirkəti ilə əməkdaşlıq və yeni tərəfdaşlıq modeli çərçivəsində zavod hava hücumundan müdafiə sistemləri və komponentlərinin istehsalına hazırlanacaq. Bu cür tədbirlər müəyyən istehsal güclərinin və iş yerlərinin qorunmasına kömək edə bilər. Lakin onların avtomobil sənayesində və ya digər sənaye sahələrində yaranan itkiləri tamamilə kompensasiya edəcəyini düşünmək olmaz. Nə qədər ki, bütün resurslar büdcə kəsirlərinin aradan qaldırılmasına və enerji sektoruna subsidiyaların verilməsinə sərf olunur, Avropa İttifaqının yüksək texnologiyalar və yaşıl keçid sahələrində qlobal rəqabət qabiliyyətini qoruyub saxlaması çətin olacaq”, – deyə S. Çubukçuoğlu bildirib.Ekspert diqqətə çatdırıb ki, yüksək texnologiyalar və yaşıl transformasiya sahələrində rəqabət qabiliyyətliliyin qorunması da uzunmüddətli maliyyələşdirmə tələb edir. Avropanın transformasiyasını təmin etmək üçün dövlət və özəl sektor hər il əlavə olaraq 750-800 milyard avro investisiya yatırmalıdır. Təhsil, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, elektrik enerjisinin paylanma şəbəkələrinə və enerji saxlama sistemlərinə investisiyaların təxirə salınması qısamüddətli perspektivdə büdcə yükünü azaltsa da, uzunmüddətli perspektivdə istehsal həcminin və məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Yaşıl keçiddən dayanıqlı fayda əldə edilməsi enerjinin əlçatan qiymətə olmasından, zəruri infrastrukturun mövcudluğundan və müəssisələrin dəyişikliklərə uyğunlaşmaq qabiliyyətindən asılıdır.“Avropanın qarşısında duran əsas vəzifə müdafiə və təhlükəsizlik sahələrinə investisiya yatırmaqla yanaşı, sosial rifah dövlətinin maliyyələşdirilməsini təmin edən istehsal potensialını qoruyub saxlamaqdır. Bunun üçün dövlətlərarası birgə satınalmalar vasitəsilə müdafiə xərclərinin səmərəliliyini artırmaq, özəl investisiyaları təşviq etmək və yaşıl keçidin maliyyə yükünü cəmiyyətin üzvləri arasında ədalətli bölüşdürmək lazımdır. Siyasi baxımdan da dövlət xidmətlərinin azalması və gəlirlərin aşağı düşməsi ilə müşayiət olunan müdafiə xərclərinə uzunmüddətli ictimai dəstəyin təmin olunacağına güvənmək çətindir. Avropanın rəqabət qabiliyyətliliyi, eləcə də müdafiə potensialı ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır”, – deyə o, fikrini yekunlaşdırıb. Müxbir- Leyla Muradzadə
Bu gün
1150 xəbər bu gün
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ondan əvvəl "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Saday Alıyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
2027-ci ildə Azərbaycanda 52 dövlət müəssisəsi dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməli olacaq.
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniya bu il…
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Iclasda Azərbaycan Respublikasının 2027ci il dövlət büdcəsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirə edilir. Qanun layihəsinə əsasən, 2027ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri…
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti…
Gələn il məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi üçün büdcədən ayrılacaq xərcin miqdarı artırılır. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında…
Gələn il üçün orta illik inflyasiya 5.3 faiz proqnozlaşdırılır. Manatın məzənnəsi isə 1.70 manat məbləğində müəyyən edilib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin artmasına səbəb kimi İranı göstərib. O, neft böhranının Ukrayna ilə deyil, İranla bağlı olduğunu bildirib. Trampın sözlərinə görə, ABŞ hazırda dünyanın ən güclü…
Növnəti ildə dövlət büdcəsindən təhsil üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan…
Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində aparılan qazıntı işləri yolda hərəkətin çətinləşməsinə və nəqliyyat sıxlığına səbəb olub. Prospektin AFFA-nın qarşısından keçən hissəsində qazıntı işlərinin…
Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual…
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb. Bu məbləğ ölkənin xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur. Bunu Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
2030-cu ildə Azərbaycanda bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət…
2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat, qeyri-neft-qaz sektorunun ÜDM-nin isə 109,1 milyard manat olacağı proqnozlaşdırılır. Gələn il iqtisadi artımın 2,7%, qeyri-neft-qaz sektorunda…
2027-ci ildə pensiyaçılar üçün dəfn müavinətinin orta məbləğinin 946 manatdan 1 200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır. Beləliklə, pensiyaçılar üzrə orta məbləğin 254…
Milli Məclisdə dövlət büdcəsi layihəsi müzakirə edilib. Təqdim olunan sənədə əsasən, 2030-cu ildə neftin fiskal itkisiz qiyməti hazırkı 85 dollardan 65 dollara düşəcək. İqtisadiyyatın yeni ssenariləri və rəsmi rəqəmlər…
2026-cı ildə dövlət sifarişi ilə oxuyan tələbələrin və təqaüd alanların sayı kəskin artacaq. Növbəti ilin büdcəsində təhsil sahəsinə 613 milyon manat vəsait proqnozlaşdırılır.
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.
Texas ştatında 1995-ci ildən bəri ilk dəfə demokrat namizəd Qina İnoxosa qubernator seçkilərində respublikaçı Qreq Ebbottu məğlub edərək tarixi qələbə qazanıb.
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Первые данные промежуточных выборов в США, свидетельствующие об успехах Демократической партии и возможном изменении расстановки сил в Конгрессе, вызвали снижение курса доллара и падение котировок на азиатских фондовых…
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Кандидат от Демократической партии Абдул Эль-Сайед победил на выборах в Сенат США от штата Мичиган. Он станет первым мусульманином в истории верхней палаты американского Конгресса. Как передает Day.Az, победу Эль-Сайеда…
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 72 655 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilərək ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki…
В Азербайджане мошенники требуют деньги у представителей муниципалитетов от имени Минюста. Со ссылкой на Министерство юстиции, в последнее время участились случаи, когда неизвестные представляются сотрудниками…
Ötən gecədən etibarən Hörmüz boğazının cənubunda qadağan edilmiş zonadan keçməyə cəhd edən 4 neft tankeri dəniz minasına düşərək məhv olub və həmin gəmilər hələ də yanmaqdadır. Bu barədə İran İslam İnqilabı Keşikçiləri…
Первые результаты промежуточных выборов в США, указывающие на успехи Демократической партии и подтверждающие вероятность политического тупика в случае смены состава Конгресса, привели к падению доллара по отношению к…
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında…
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…
Qanun layihəsi
Qanun layihəsi
Milli Məclis
Müzakirə
Sənəd
Qanun layihəsi
Milli Məclis
Qanun layihəsi
Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual…
Bakı, 4 noyabr, AZƏRTACƏmtəə birjalarında qızıl psixoloji hədd hesab edilən 4000 dollardan yuxarı ticarət olunur.AZƏRTAC xəbər verir ki, hazırda qızılın bir troya unsiyasının qiyməti 4010 dollar civarındadır. Qızılın…
Patrulaz.Az Gələn il kənd təsərrüfatı tədbirləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan…
Gələn ilin dövlət büdcəsindən AZAL-a ayrılacaq vəsaitin məbləği məlum olub.
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…
Aktrisa Gültac Əlili aylıq parkinq xərclərindən danışıb. Aktrisa "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun sualını cavablandırarkən gündəlik parkinq üçün 20 manat ödədiklərini bildirib. O qeyd edib ki, aktyor…
2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət,…
3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə…
2027-ci ildə Azərbaycanda büdcə siyasəti bir neçə istiqamətdə həyata keçiriləcək. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci…