"Ayda 1200 manat parkinqə pul verirəm"

Aktrisa Gültac Əlili aylıq parkinq xərclərindən danışıb.

Aktrisa "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun sualını cavablandırarkən gündəlik parkinq üçün 20 manat ödədiklərini bildirib.

O qeyd edib ki, aktyor həyat yoldaşı Hüseyn Əlili ilə birlikdə ay ərzində parkinqə təxminən 1200 manat xərcləyirlər:

“Məcburiyyətdən verirəm. Bunu verirəm. Qazanıram ki, verirəm. Amma əlavə nəsə biznesim yoxdur”.