Gələn il üçün orta illik inflyasiya 5.3 faiz proqnozlaşdırılır. Manatın məzənnəsi isə 1.70 manat məbləğində müəyyən edilib.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb "- deyə nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media