Gələn il məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi üçün büdcədən ayrılacaq xərcin miqdarı artırılır.
Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellərinin (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl tərəfdaşlığı və s.) tətbiqi ilə əhatəliliyin artırılması məqsədilə növbəti ildə cari illə müqayisədə əlavə vəsait nəzərdə tutulub.
Belə ki, 2027-ci ildə dövlət büdcəsindən bu istiqamətdə 37.5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu rəqəm 2026-cı illə müqayisədə 10.3 milyon, yaxud 38 faiz artım deməkdir.
Fəridə, Bizim.Media