Növnəti ildə dövlət büdcəsindən təhsil üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün büdcədən 5099 milyon manat ayrılması proqnozlaşdırılır.
Bu isə 2026-cı illə mıqayisədə 82.6 milyon manat və ya 1.6 faiz artım deməkdir.
Fəridə, Bizim.Media