Gəncədə avtomobillə moped toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

2005-ci il təvəllüdlü İsrail Orucov moped idarə edərkən onu “Chevrolet” markalı avtomobil vurub. Nəticədə İ.Orucov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.\\qafqazinfo