Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşdi

2026/2027-ci illər mövsümü üzrə futzal liqalarında oyunçu keçidlərinin və qeydiyyatının həyata keçirilməsi üçün transfer pəncərələrinin tarixləri müəyyənləşib.

AFFA-dan Publika.az-a bildirilib ki, payız transfer pəncərəsi noyabrın 10-u saat 23:59-dək davam edəcək.

Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.

Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.