Futzal liqalarında "transfer pəncərələri"nin tarixləri

Futzal üzrə ölkə çempionatlarında 2026/27 mövsümünün transfer dövrləri ilə bağlı təqvim müəyyənləşdirilib.

Klublar payız transfer dövründə yeni oyunçuların qeydiyyatını noyabrın 10-u saat 23.59-dək həyata keçirə biləcəklər.

Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 15-də açılacaq və fevralın 15-i saat 23.59-da bağlanacaq.

Bundan əlavə, müqaviləsi olmayan və azad agent statusu daşıyan peşəkar futzalçıların sifariş olunması üçün ayrıca müddət nəzərdə tutulub. Belə oyunçuların qeydiyyatı 2027-ci il martın 31-dək mümkün olacaq.