Polşa Rusiya sərhədinə xüsusi təyinatlı qüvvələr göndərir

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinə xüsusi təyinatlı qüvvələr yerləşdirib.

Bu barədə Baş nazir Donald Tusk hökumətin iclasından əvvəl açıqlama verib.

Onun sözlərinə görə, qərar mümkün təxribatların qarşısını almaq məqsədilə qəbul edilib. Əməliyyata polis, sərhəd və antiterror qüvvələri də cəlb olunub./opertivmedia