“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
“Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Rauf Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunub.