ABŞ-də aparılan araşdırma 65 yaş və yuxarı insanlarda tez-tez, qeyri-iradi və qısa müddətli gündüz yuxularının demans (yaddaş problemləri) riskinin artması ilə əlaqəli olduğunu ortaya qoyub.
Türkiyə mətbuatına istinadən, tədqiqat çərçivəsində demans diaqnozu olmayan 995 nəfər orta hesabla 5 il müşahidə edilib. Bu müddətdə 417 nəfərdə (41,9 faiz) ehtimal olunan və ya mümkün demans inkişaf edib.
Nəticələrə görə, hər gün və ya həftənin əksər günlərində gündüz yatanlarda demans göstəricisi 48 faiz, qeyri-iradi yuxuya gedənlərdə 39 faiz, 30 dəqiqə və ya daha az yatanlarda isə 40 faiz yüksək olub.
Tədqiqatçılar gündüz yuxusunun artmasının beyində demansla əlaqəli dəyişikliklərin göstəricisi ola biləcəyini bildirirlər. Bununla belə, araşdırma gündüz yuxusunun birbaşa demansa səbəb olduğunu sübut etmir. Bu əlaqənin səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Qəmər, Bizim.Media