Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi

Polşa Kalininqrad vilayəti ilə sərhədə xüsusi təyinatlı qüvvələrini göndərib.

Bu barədə Polşanın baş naziri Donald Tusk açıqlama verib.

Polşanın xüsusi təyinatlı GROM bölməsinin üzvləri hazırlanmaqda olan diversiyaların qarşısını almaq məqsədilə keçirilən əməliyyata cəlb olunublar.

“Biz bu əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əhəmiyyətli qüvvələrini göndərmək qərarına gəldik”, - deyə Tusk bildirib.

Polşa hökumətinin başçısının sözlərinə görə, qərar ölkənin və xarici xüsusi xidmət orqanlarının hazırlanan diversiyalar və təxribatlarla bağlı məlumatları əsasında qəbul edilib.

Lakin Tusk bu məlumatları təsdiqləyən hər hansı sübut təqdim etməyib.