Bakı, 3 noyabr, AZƏRTAC “Sabah”ı çətin Norveç səfəri gözləyir. Qarşılaşmanın çətinliyini artıran bir neçə amil var. İlk növbədə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Turnir cədvəlinin son pilləsində qərarlaşan komandalar belə yüksək səviyyəli futbol nümayiş etdirə bilirlər.Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sabah”ın Norveçdə “Vikinq”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu barədə danışarkən deyib.Mütəxəssis qarşılaşmanın çətin keçməsinə təsir edə biləcək amillərdən birinin sıx oyun qrafiki olduğunu bildirib.““Sabah” “Turan Tovuz”la görüşdən sonra lazımi qədər bərpa olunmadan Norveçə uçmaq məcburiyyətində qalıb. Bu da istər-istəməz futbolçuların fiziki vəziyyətinə və oyuna təsir göstərən amillərdəndir. Süni örtüklü meydançada oynamaq da futbolçular üçün əlavə çətinlik yaradacaq. Təbii və süni örtüklü meydançalarda oynamaq tamamilə fərqlidir. Süni meydançaya keçid futbolçulardan başqa cür adaptasiya tələb edir. Əzələlər fərqli işləyir və daha çox enerji sərf olunur. Köhnə zədələri olan oyunçular üçün bu, bir qədər də təhlükəli ola bilər”, - deyə Aslan Kərimov vurğulayıb. Bununla belə, mütəxəssis “Sabah”ın hücum potensialını yüksək qiymətləndirib. O, komandanın Çempionlar Liqasındakı əvvəlki oyunlarda qol imkanları yaratmaq bacarığını nümayiş etdirdiyini söyləyib: “Komanda keçirdiyi hər üç oyunda – İngiltərənin “Mançester Yunayted”, Çexiyanın “Slaviya” və Almaniyanın “Borussiya Dortmund” komandaları ilə qarşılaşmalarda qol imkanları yaratmağı bacarıb. Xüsusilə Dortmund təmsilçisi ilə görüşdə 1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, demək olar ki, bərabər səviyyədə oyun keçirdik. Bəlkə də, rəqibdən daha çox qol imkanı əldə etdik. Düşünürəm ki, hücum potensialı baxımından “Sabah” kifayət qədər komplektləşmiş komandadır və yaxşı futbolçulara malikdir. Yəqin ki, taktiki baxımdan üzərində işlədikləri müəyyən oyun planı və özünəməxsus üslubları var. Məhz bu amillər onlara uğur qazanmağa imkan verir”.A.Kərimov “Vikinq”in də kifayət qədər təhlükəli rəqib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Norveç təmsilçisinin Almaniya klubu “Bavariya” ilə 3:3 hesablı heç-heçə etməsi komandanın potensialını göstərir: “Cəmi bir xal toplamalarına baxmayaraq, “Bavariya” ilə oyunda 2:0 hesabı ilə öndə idilər. Bu, onların nə qədər təhlükəli komanda olduğunu göstərir. “Vikinq”in daxili çempionatda da standart vəziyyətlərdən çoxlu qol vurması diqqət çəkir. Buna görə “Sabah” rəqibin standart vəziyyətlərinə xüsusi diqqət yetirməlidir. “Sabah”ın topa nəzarət etdiyi epizodlarda diqqətli olması vacibdir. Oyunun müəyyən hissələrində topa sahib olacağımızı və rəqib meydançasında qol axtaracağımızı düşünürəm. Bunun üçün səbirli şəkildə topu sağdan-sola, soldan-sağa hərəkət etdirməliyik. Lakin top itkisi zamanı diqqətli olmalıyıq. Çünki “Vikinq” əks-hücumlarda da təhlükəlidir. “Bavariya” ilə görüşdə vurduqları ikinci qol da əks-hücum nəticəsində qeydə alınıb”.A.Kərimov “Sabah”ın hücumlarının təşkilində mühüm rol oynayan serbiyalı yarımmüdafiəçi Velko Simiçin mümkün yoxluğunun da komandaya təsir edə biləcəyini qeyd edib: “O, komandanın əsas aparıcı futbolçularından biridir və hücumların təşkilində böyük rol oynayır. Meydançanın müxtəlif zonalarında topa yaxın olmağa çalışır, bir növ pleymeyker funksiyasını uğurla yerinə yetirir. Onun yoxluğu da oyuna təsir edə bilər”.Şöbə müdiri “Sabah”ın cinah müdafiəçilərinin hücumlara qoşulmasının komanda üçün üstünlük yarada biləcəyini də vurğulayıb. Mütəxəssis Zedatka və Puhaçın bu baxımdan fəallığını xüsusi qeyd edib.A.Kərimov qarşılaşmada hər iki komandanın şanslarını bərabər qiymətləndirib.“Bu oyunun nəticəsinin necə olacağını demək çətindir. Rəqibin standart vəziyyətləri və əks-hücumları bizim üçün ciddi problem yarada bilər. Düşünürəm ki, hansı komanda daha yaxşı konsentrasiya olacaq və rəqibini səhvə məcbur edəcəksə, onun qalib gəlmək ehtimalı daha yüksəkdir. Komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı “Slaviya” ilə oyunumuza bənzədirəm. Həmin görüşdə rəqibi səhvə məcbur etdik, çoxlu qol imkanları yaratdıq və qapımızı toxunulmaz saxladıq. Eyni oyunu Norveçdə də davam etdirmək lazımdır. Ancaq bunu rəqib meydançasında, azarkeşləri önündə və süni örtüklü meydançada bacarmaq asan olmayacaq. Qol imkanlarımızın olacağına yüz faiz əminəm. Ancaq onları reallaşdıra biləcəyikmi, bunu demək çətindir. Eyni zamanda, top itkisi zamanı rəqibin əks-hücumlarının qarşısını ala biləcəyikmi və fərdi səhvlərə yol verəcəyikmi, bunu yalnız oyunda görəcəyik. Qarşılaşmanı səbirsizliklə gözləyirik”, - deyə mütəxəssis əlavə edib. Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub. Müxbir – Mikayıl Məmmədov
Bu gün
217 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp Günəş sistemini və bütün kosmik məkanı bəşəriyyətin ortaq mirası kimi tanıyan xüsusi bəyannamə imzalayıb. Sənədə əsasən, kosmos kəşflər və araşdırmalar üçün bütün insanlığa açıq olmalıdır.
Çaydanın dibində və divarlarında yığılan ərpi təmizləmək üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur. Mətbəxdə asanlıqla tapılan limon turşusu bu problemin həllində effektiv üsullardan biri hesab olunur. Xüsusilə sərt…
Kardioloqlar yüksək arterial təzyiqdən əziyyət çəkən insanlara duz, şəkər və doymuş yağlarla zəngin qidaları məhdudlaşdırmağı tövsiyə edirlər.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Niklas Füllkruqu Millətlər Liqasının qarşıdakı oyunlarına dəvət etmək qərarına gəlib. Bu barədə "Bild" nəşri məlumat yayıb. “Verder”in 33…
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Cefris aşağı palatanın spikeri vəzifəsinə namizədliyini rəsmən elan edib. Bu barədə "ABC News" məlumat yayıb. Siyasətçi partiyadaşlarına müraciət edərək…
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında ardıcıl 6-cı oyunda qol vurub. Fransalı futbolçu bununla turnirdə özünün ən yaxşı qol seriyasını təkrarlayıb. Məlumata görə, “Real”ın…
Zərgər Qriqori Bakatov 2027-ci il Qırmızı Odlu Keçi ilini qarşılayarkən hansı zinət əşyalarının və aksesuarların dəbdə olacağını açıqlayıb. Yeni il gecəsi üçün ideal qızıl, bijüteriya və iri daşlı bəzək seçimləri ilə…
İsveçrə Avropa İttifaqının 21-ci sanksiyalar paketində nəzərdə tutulan bir sıra məhdudlaşdırıcı tədbirləri Rusiya və Belarusa qarşı tətbiq edib. Bu barədə İsveçrə Federal Şurasının yaydığı bəyanatda bildirilib. Qərara…
UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçirilib. Türkiyənin “Fənərbağça” klubu doğma meydanda İngiltərə təmsilçisi “Liverpul”la qarşılaşıb. Matç İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə…
Brüsseldə Avropa İttifaqı, Britaniya və ABŞ-ın Ukrayna ilə bağlı görüşü nəticəsiz başa çatıb. Modern.az TASS-a istinadn xəbər verir ki, Avropa Komissiyası, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Ukrayna və Dünya…
Европейская комиссия опубликовала обновленные рекомендации по гражданской обороне.
Bakı, 5 noyabr, AZƏRTAC Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.Bu barədə AZƏRTAC-a ölkəmizin Kanadadakı…
Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı hazırlanacaq. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, Azərbaycan Respublikası…
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçki fonunda təxminən 30 milyard dollar itirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) araşdırmalarına əsasən, cari ildə dünyada internet istifadəçilərinin sayı 6,3 milyard nəfərə çatıb ki, bu da dünya əhalisinin 76 faizini…
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna münaqişəsi nizamlandıqdan sonra döyüşlərin yenidən başlamasının qarşısını almağa imkan verəcək Avropa təhlükəsizlik arxitekturasının yaradılması üzərində…
Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyaları zamanı təhlükəsizliyin təmin edilməsi üçün 70 min polis və jandarm səfərbər olunacaq
Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb
Xurma alarkən onun şirin və yetişmiş olmasını müəyyənləşdirmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək lazımdır. Meyvənin görünüşü, rəngi və yumşaqlığı düzgün seçim etməyə kömək edə bilər.
Ukrayna Baş Prokurorluğunun, Milli Polisinin və Təhlükəsizlik Xidmətinin (SBU) yüksəkvəzifəli əməkdaşlarının himayə etdiyi iddia olunan cinayətkar qruplaşmanın üzvləri fəaliyyətləri ilə bağlı araşdırma aparan…
Bakı. Trend: “Eurostat” statistika agentliyinin noyabrın 4-də açıqladığı təcili hesablamaya görə, avrozonada illik istehlak inflyasiyasının 3,8 faizdən 4 faizə çatacağı gözlənilir. Artım enerji…
Norveç təmsilçisi "Vikinq"in futbolçuları adlarını klubun tarixinə qızıl həriflərlə yazıdırıblar. Bunu adıçəkilən klubun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı…
"Sabah" komandası Norveçə yaxşı səviyyədə hazırlaşaraq gəlmişdi. Bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdikləri matçdan sonra…
Fransa hakimiyyəti noyabrın 5-də ölkə üzrə keçirilməsi planlaşdırılan kütləvi etiraz aksiyalarının təhlükəsizliyini təmin etmək üçün 70 min polis və jandarm cəlb edəcək. Bu barədə Fransanın daxili işlər naziri Loran…
Oğuz, 5 noyabr, AZƏRTAC Oğuzda məktəblilər və gənclər arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş velosiped və kross qaçışı üzrə rayon turniri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz Rayon İcra…
UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun növbəti oyunları keçirilib. Turun diqqətçəkən nəticəsi Fransada qeydə alınıb. İtaliyanın “Komo” klubu səfərdə “Lans”ı 9:1 hesabı ilə darmadağın edib.“Real Madrid”…
Vatikan muzeylərində Roma papalarına məxsus nadir “Mercedes-Benz” avtomobilləri nümayiş olunur Vatikan muzeylərində Roma papalarının istifadə etdiyi nadir “Mercedes-Benz” avtomobillərinin genişmiqyaslı sərgisi açılıb. Bu…
Payızın gəlişi ilə hava temperaturunun dəyişməsi, günəşli saatların azalması və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi soyuqdəymə və digər mövsümi infeksiyaların yayılmasını sürətləndirə bilər. Bu dövrdə…
ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkidə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərindən biri kimi İranla müharibəni və yanacağın qiymətinin artmasını göstərib.
Экстракт женьшеня, нотоженьшеня и лигустикума помогает замедлить старение сосудов, снизить артериальное давление и уменьшить повреждение внутренних органов. Это выяснили ученые из Китайской академии медицинских наук…
Astroloji proqnozlara görə, 2026-cı ilin noyabr ayı Buğa, Xərçəng, Tərəzi və Oğlaq bürcləri üçün müsbət dəyişikliklər vəd edir. Bu dövrdə uzun müddətdir həllini gözləyən problemlərin aradan qalxması, maliyyə imkanlarının…