"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir

"Baku Steel Company"(BSC) QSC Bakıda Qafqazın "Böyük Beşliyi"nə həsr olunmuş "Baku Steel Art 2026" sərgisini təqdim edib. Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.