Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... "

İki uşaq anası olan aktrisa Natali Portman yeni doğulan, üçüncü övladının ailəsinə başqa bir sevinc qatdığını vurğulayıb.

O müsahibələrindən birində bu barədə danışaraq səmimi etiraflar edib.

Üçüncü övladının ona bənzərsiz sevinc bəxş etdiyini bildirib.

"Bu kiçik insan qarşısında heyrət və sevincimi gizlədə bilmirəm" - deyə o qeyd edib.

O müsahibəsi zamanı illərin sürətlə keçdiyini və övladlarının tez böyüdüyünü bildirib.

Hazırda Fransada yaşayan portman burada özünü rahat hiss etdiyini deyib.

Xatırladaq ki, Natalinin üçüncü övladı fransalı musiqiçi Tanguy Destabledən dünyaya gəlib.

Aktrisanın əvvəlki evliliyindən iki övladı var.

Qalereya