KTMT Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov deyib.
“Ermənistan və Azərbaycan arasında davamlı dialoq yığılmış münaqişə potensialını azaltmağa və uzunmüddətli əməkdaşlıq infrastrukturunun inkişafına kömək edir. İki dövlət arasında hərtərəfli sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edirik”, - o bildirib.