Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb.
Trend-in sorğusuna cavab olaraq DVX-dən bildirilib ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd olunub ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə cəlb edilməsi, vergi öhdəliklərinə könüllü əməletmənin təşviqi və şəffaflığın artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
DVX-nin məlumatına görə, 2025-ci il ərzində elektron qeydiyyat portalı vasitəsilə 7 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni zamanda 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb. Bundan başqa, rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitorinq və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.
Azərbaycan Respublikasında elektron qaydada uçota alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin siyahısını təqdim edirik:
№ · ŞİRKƏTİN ADI · ÖLKƏ · QEYDİYYAT TARİXİ
1 · Apple Distribution International Limited · İrlandiya · 01.12.2024
2 · Adobe Systems Software Ireland Limited · İrlandiya · 01.03.2025
3 · Sony Interactive Entertainment Network Europe Limited · Birləşmiş Krallıq · 01.04.2025
4 · Elsevier BV · Niderland · 01.07.2025
5 · Hyperconnect LLC · Cənubi Koreya · 01.07.2025
6 · Tinder LLC · Amerika Birləşmiş Ştatları · 01.07.2025
7 · PPG DIGITAL SP. Z O.O. · Polşa · 01.10.2025
8 · Epic Games Commerce GmbH · İsveçrə · 01.03.2026
9 · Contabo GmbH · Almaniya · 01.03.2026
10 · Chess.Com LLC · Amerika Birləşmiş Ştatları · 01.05.2026
11 · Xsolla (USA), Inc. · Amerika Birləşmiş Ştatları · 01.07.2026
12 · Formula One Digital Media Limited · Birləşmiş Krallıq · 01.08.2026
13 · Valve Corporation · Amerika Birləşmiş Ştatları · 01.09.2026
14 · Cleverbridge GmbH · Almaniya · 01.09.2026
15 · Aghanim Inc · Amerika Birləşmiş Ştatları · 01.09.2026
16 · Netflix International B.V. · Niderland · 01.09.2026
17 · ANTHROPIC, PBC · Amerika Birləşmiş Ştatları · 01.09.2026
18 · EBAY MARKETPLACES GMBH · İsveçrə · 01.09.2026
19 · Zoho Corporation B.V. · Niderland · 01.09.2026
20 · Zoom Communications, Inc. · Amerika Birləşmiş Ştatları · 01.09.2026
21 · OpenAI OpCo, LLC · Amerika Birləşmiş Ştatları · 01.09.2026
22 · Spotify AB · İsveç · 01.10.2026
23 · TikTok Pte. Ltd. · Sinqapur · 01.10.2026
24 · Appcharge Ltd. · İsrail · 01.11.2026