Volodimir Zelenski Almaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada səfərdədir.

Bu barədə Ukrayna dövlət başçısı sosial mediada məlumat verib.

“Bu gün komandamla birlikdə Berlindəyəm. Almaniya kansleri və prezidenti, Bundestaqın sədri ilə görüşlər olacaq. Həmçinin bu ilki Berlin Təhlükəsizlik Konfransında iştirak edəcəyəm”, - Zelenski bildirib.