Özbəkistanla əbədi dost olduq - RƏSMİ

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib.

Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Komitə iclasında həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqda qanun layihəsi də müzakirə edilib. Hər iki qanun layihəsi bir oxunuşda qəbul edilib.