Ərdoğanı Seulda belə qarşıladılar

Cənubi Koreya prezidenti Li Çje Myonqun dəvəti ilə Seula səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi diqqət çəkib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, mərasim zamanı Ərdoğan akrobatika və döyüş sənətləri üzrə nümayişi izləyib. Prezidentin idmançıları alqışlarla dəstəkləməsi kameralara əks olunub.

Daha sonra iki ölkə liderinin iştirakı ilə yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir. Danışıqlarda Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərinin, eləcə də aktual regional və qlobal məsələlərin müzakirə olunacağı bildirilib.