Rusiya gecə saatlarından etibarən Ukraynanın enerji infrastrukturuna qarşı ən genişmiqyaslı hücumlardan birini həyata keçirir.
Bu barədə “Ukrenerqo” məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Rusiya qüvvələri enerji obyektlərinə 20-dən çox məqsədli hücum edib və görünməmiş sayda zərbə vasitələrindən istifadə olunub.
Hücumlar nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib.
Məlumata görə, hücumların nəticəsi olaraq hazırda ölkənin bir sıra bölgələrində, o cümlədən Kiyevdə elektrik enerjisinin qəza rejimində verilişi dayandırılır.