“Azərbaycan xalqı 44 gündə tarix yazdı, indi azad torpaqlarda gələcəyi qurur” – Deputat

"2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Şəhidlərimizin və qazilərimizin fədakarlığı, Azərbaycan Ordusunun döyüş əzmi tarixi Zəfərin əsasını qoydu".

Bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov çıxışı zamanı səsləndirib.

Deputatın sözlərinə görə, Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətin iqtisadi və hərbi gücünün, müasir ordu quruculuğunun nəticəsi olan tarixi qələbəni təcəssüm etdirir.

Xaricdə yaşayan azərbaycanlılar və ölkəmizə dəstək verən digər xalqların nümayəndələri informasiya mübarizəsində fəallıq göstərdilər.

Azərbaycanda isə müxtəlif etnik və dini qruplara mənsub vətəndaşların həmrəyliyi ön və arxa cəbhədə birliyi gücləndirdi.

Ceyhun Məmmədov azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunub. Bildirib ki, bölgədə infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin salınması, məktəb və xəstəxanaların, mədəniyyət obyektlərinin, hava limanlarının və dəmir yollarının inşası istiqamətində layihələr həyata keçirilir.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor