Bakı, 3 noyabr, AZƏRTACÇin “Lijian-2 Y2” daşıyıcı raketi vasitəsilə 18 peyki uğurla kosmosa göndərib.AZƏRTAC “Sinxua”ya istinadla xəbər verir ki, raket noyabrın 3-də yerli vaxtla saat 08:15-də ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmik innovasiya zonasından buraxılıb. Peyklər Çinin aşağı Yer orbitində fəaliyyət göstərən kommersiya peyk şəbəkəsinin tərkib hissəsidir.“CAS Space” şirkətinin məlumatına görə, bu, “Lijian-2” raketinin ikinci uçuşu və genişmiqyaslı peyk internet şəbəkəsinin yaradılması üzrə ilk missiyasıdır.Bildirilib ki, “Lijian” seriyasına aid raketlər indiyədək orbitə bir kosmik gəmi və 139 peyk yerləşdirib.