Bakı, 3 noyabr, AZƏRTAC “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya kosmik sahədə göstərdiyi fəaliyyətə, regionda kosmik təhsilin və insan kapitalının inkişafına verdiyi töhfələrə görə “APRSAF Kosmik Nailiyyət Mükafatı”na (APRSAF Space Achievement Award) layiq görülüb.“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, mükafat Tailandın Banqkok şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 32-ci sessiyası çərçivəsində KOSMİK Akademiyanın nümayəndələrinə təqdim olunub. Mükafat sertifikatında akademiyanın fəaliyyətinin kosmik sahəyə mühüm töhfələr verdiyi, gələcək nəsil kosmos mütəxəssislərinin və regionun liderlərinin yetişməsinə ilham verdiyi qeyd olunub.“APRSAF Space Achievement Award” KOSMİK Akademiyanın kosmik təhsil, maarifləndirmə və gənclərin kosmos sahəsinə marağının artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat akademiyanın indiyədək həyata keçirdiyi təşəbbüslərin və kosmik sahədə insan kapitalının inkişafına yönəlmiş fəaliyyətinin beynəlxalq kosmik ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir.KOSMİK Akademiya 2024-cü ildən etibarən “APRSAF”ın mövcud dörd beynəlxalq kosmik təhsil layihəsində Azərbaycanın iştirakını təmin edir. Bu təşəbbüslər vasitəsilə şagird və gənclərin kosmik elmlərə çıxış imkanlarının genişləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq kosmik təhsil şəbəkələrində iştirakının gücləndirilməsi istiqamətində fəaliyyət göstərilir.Qeyd edək ki, Azərbaycanın “APRSAF” çərçivəsində əməkdaşlığının genişlənməsi ölkənin Asiya dövlətləri ilə əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafının tərkib hissəsidir. Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəaliyyəti də bu əməkdaşlığın genişlənməsinə və çoxtərəfli dialoqun təşviqinə xidmət edir. Oktyabrın 15-də Bakıda keçirilmiş AQEM-in 7-ci Zirvə görüşü Azərbaycanın Asiya ölkələri arasında dialoqun təşviqinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirir.Qeyd edək ki, 1993-cü ildə Tokioda yaradılmış APRSAF Asiya-Sakit okean regionunda kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq platformadır. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.Forum kosmik texnologiyaların dinc məqsədlərlə istifadəsini təşviq edir, kosmik agentliklər, dövlət qurumları, elmi-tədqiqat müəssisələri və digər maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini dəstəkləyir. Onun əsas fəaliyyət istiqamətləri peyk tətbiqləri, kosmik tədqiqatlar, kosmik təhsil, kosmik sənaye, eləcə də kosmik siyasət, diplomatiya və hüquq sahələrini əhatə edir.
Bu gün
202 xəbər bu gün
Европейская комиссия опубликовала обновленные рекомендации по гражданской обороне.
Bakı, 5 noyabr, AZƏRTAC Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.Bu barədə AZƏRTAC-a ölkəmizin Kanadadakı…
Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı hazırlanacaq. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, Azərbaycan Respublikası…
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçki fonunda təxminən 30 milyard dollar itirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) araşdırmalarına əsasən, cari ildə dünyada internet istifadəçilərinin sayı 6,3 milyard nəfərə çatıb ki, bu da dünya əhalisinin 76 faizini…
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna münaqişəsi nizamlandıqdan sonra döyüşlərin yenidən başlamasının qarşısını almağa imkan verəcək Avropa təhlükəsizlik arxitekturasının yaradılması üzərində…
Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyaları zamanı təhlükəsizliyin təmin edilməsi üçün 70 min polis və jandarm səfərbər olunacaq
Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb
Xurma alarkən onun şirin və yetişmiş olmasını müəyyənləşdirmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək lazımdır. Meyvənin görünüşü, rəngi və yumşaqlığı düzgün seçim etməyə kömək edə bilər.
Ukrayna Baş Prokurorluğunun, Milli Polisinin və Təhlükəsizlik Xidmətinin (SBU) yüksəkvəzifəli əməkdaşlarının himayə etdiyi iddia olunan cinayətkar qruplaşmanın üzvləri fəaliyyətləri ilə bağlı araşdırma aparan…
Bakı. Trend: “Eurostat” statistika agentliyinin noyabrın 4-də açıqladığı təcili hesablamaya görə, avrozonada illik istehlak inflyasiyasının 3,8 faizdən 4 faizə çatacağı gözlənilir. Artım enerji…
Norveç təmsilçisi "Vikinq"in futbolçuları adlarını klubun tarixinə qızıl həriflərlə yazıdırıblar. Bunu adıçəkilən klubun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı…
"Sabah" komandası Norveçə yaxşı səviyyədə hazırlaşaraq gəlmişdi. Bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdikləri matçdan sonra…
Fransa hakimiyyəti noyabrın 5-də ölkə üzrə keçirilməsi planlaşdırılan kütləvi etiraz aksiyalarının təhlükəsizliyini təmin etmək üçün 70 min polis və jandarm cəlb edəcək. Bu barədə Fransanın daxili işlər naziri Loran…
Oğuz, 5 noyabr, AZƏRTAC Oğuzda məktəblilər və gənclər arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş velosiped və kross qaçışı üzrə rayon turniri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz Rayon İcra…
UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun növbəti oyunları keçirilib. Turun diqqətçəkən nəticəsi Fransada qeydə alınıb. İtaliyanın “Komo” klubu səfərdə “Lans”ı 9:1 hesabı ilə darmadağın edib.“Real Madrid”…
Vatikan muzeylərində Roma papalarına məxsus nadir “Mercedes-Benz” avtomobilləri nümayiş olunur Vatikan muzeylərində Roma papalarının istifadə etdiyi nadir “Mercedes-Benz” avtomobillərinin genişmiqyaslı sərgisi açılıb. Bu…
Payızın gəlişi ilə hava temperaturunun dəyişməsi, günəşli saatların azalması və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi soyuqdəymə və digər mövsümi infeksiyaların yayılmasını sürətləndirə bilər. Bu dövrdə…
ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkidə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərindən biri kimi İranla müharibəni və yanacağın qiymətinin artmasını göstərib.
Экстракт женьшеня, нотоженьшеня и лигустикума помогает замедлить старение сосудов, снизить артериальное давление и уменьшить повреждение внутренних органов. Это выяснили ученые из Китайской академии медицинских наук…
Astroloji proqnozlara görə, 2026-cı ilin noyabr ayı Buğa, Xərçəng, Tərəzi və Oğlaq bürcləri üçün müsbət dəyişikliklər vəd edir. Bu dövrdə uzun müddətdir həllini gözləyən problemlərin aradan qalxması, maliyyə imkanlarının…
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçirilib
Almaniya Azad Seçicilər (FW) Partiyasının lideri və Bavariyanın İqtisadiyyat naziri Hubert Ayvanger Berlində otellərdən birində ölü tapılıb
Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ administrasiyasının rəhbərinin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb
“Möhtəşəm yüz il” serialında
Səudiyyə Ərəbistanı və Suriya liderlərinin Ər-Riyadda keçirilən danışıqlarının yekununda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi (SPA)…
Bakı, 5 noyabr, AZƏRTAC “Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.Stavanger şəhərində təşkil olunan…
Vladislav Jemçuqov
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. AZƏRTAC-a…
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda IV turda səfərdə “Vikinq”lə ilə üz-üzə gələcək. Qarşılaşma Stavanger şəhərində, Bakı…
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulub.
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda İngiltərənin "Arsenal" klubu səfərdə Çexiyanın "Slaviya" komandasını 1:2 hesabı ilə məğlub edib.