Pensiya alanların sayı açıqlandı

2026-cı ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub. Bu barədə Day.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.