Naxçıvan, 3 noyabr, AZƏRTAC Qışın soyuğuna hazırlıq, ailə süfrələrinin bərəkəti, nənələrdən miras qalan bir dad... Naxçıvanda qovurma yalnız ətin xüsusi üsulla bişirilməsi deyil, həm də əsrlərdən süzülüb gələn məişət mədəniyyətinin, ailə ənənələrinin yaşadılmasıdır. Bir vaxtlar qış tədarükünün ayrılmaz hissəsi olan bu nemət bu gün də özünəməxsus hazırlanma qaydasını qoruyur. İndi isə ənənəvi dad ailə təsərrüfatlarının fəaliyyəti ilə daha geniş ünvanlara çatır.Sədərək rayonunun Sədərək kənd sakini, ailə təsərrüfatçısı Mehparə Hüseynovanın qovurma ilə bağlı xatirələri uşaqlıq illərinə, ailəsinin qış tədarükü gördüyü günlərə gedib çıxır. O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu ənənənin ailəsində necə yaşadıldığını xatırlayaraq deyir:“Gözümü açandan görmüşəm ki, nənəm, babam, atam heyvanı yazdan saxlayardılar. Qışda bir neçəsini satıb, bir-ikisini də qovurmalıq üçün ayırardılar. Qovurma əsasən mal ətindən, quzudan, bəzən də qoyun ətindən hazırlanır. Bunun öz ənənəsi, öz qaydası var”.Naxçıvanda qovurma ailənin qış boyunca ət ehtiyacını qarşılamaq üçün hazırlanardı. Ətin öz yağında bişirilməsi və həmin yağda saxlanılması məhsulun uzun müddət qorunmasına imkan verirdi. Bu üsul həm zəhmətin, həm də təsərrüfatın bərəkətinin dəyərləndirilməsi idi.Bu gün Mehparə Hüseynova həmin ənənəni ailə təsərrüfatı çərçivəsində davam etdirir. Qovurma sifariş əsasında hazırlanır, Naxçıvandan Bakının müxtəlif rayonlarına göndərilir. Türkiyədən də sifarişlər alındığını deyən müsahibimiz bildirir ki, məhsula maraq ənənəvi dadın yaşadılmasına stimul verir. Qovurmanın hazırlanmasında istifadə olunan yağ da sifarişçinin istəyinə uyğun seçilir. Kərə yağı ilə hazırlanan qovurmaya üstünlük verənlər çoxdur. Bununla belə, ənənəvi üsul öz yerini qoruyur:“Qovurmanı kərə yağı ilə də, quyruq yağı ilə də hazırlayırıq. Hər kəs öz zövqünə uyğun sifariş verir. Amma ənənəvi qovurma evdə heyvanın öz quyruq yağı ilə hazırlanır, öz yağında basdırılır və bir müddət saxlanılır. Bir-iki ay keçdikdən sonra qovurma əsl dadına çatır və yeyilməyə hazır olur. El arasında bu mərhələni “qovurma dəydi” adlandırırlar. Əti qopardıqda içinin şirəli olması onun hazır olduğunun əsas əlamətidir. Məhz bu zaman qovurma özünəməxsus dadını və ləzzətini alır.Qovurmanın hazırlanmasında əsas məsələ yalnız ətin bişirilməsi deyil, ənənəvi qaydalara əməl olunmasıdır. Ətin seçilməsi, yağın miqdarı və bişirilmə üsulu məhsulun dadına, keyfiyyətinə təsir göstərir. Qovurmanın uzun müddət qalmasının əsas səbəbi isə ət qovurulan zaman Naxçıvan duzundan istifadə edilməsidir. Hər ailənin özünəməxsus hazırlama qaydası olsa da, məqsəd dəyişmir – qovurmanın təbii dadını qorumaq”, - ”, - deyə Mehparə Hüseynova vurğulayıb.Onun sözlərinə görə, qovurma ilə hazırlanan qış xörəklərinin ətri uzaqdan hiss olunur: “Bu qoxu insan tox olsa belə, iştahasını açır. Əsasən, bu aylardan başlayaraq hazırlanan qovurma Novruz bayramına qədər istifadə olunmaq üçün nəzərdə tutulur. Ondan 10-15 adda dadlı, ənənəvi yemək hazırlanır. Bozbaş, qovurma ilə yumurta, əriştə aşı, qurud aşı, yarma durusu və digər xörəklər qış süfrələrinin vazkeçilməz təamlarıdır”. Naxçıvan qovurması bu gün də ailə süfrələrində öz yerini saxlayır. Bir vaxtlar qışa hazırlıq üçün görülən iş indi həm də ailə təsərrüfatının gəlir mənbəyinə çevrilib. Lakin dəyişən zamanla yanaşı, dəyişməyən bir məqam var: bu nemətin hazırlanmasında nənələrdən öyrənilən qaydalar, ailədən gələn təcrübə və zəhmət dayanır.Beləcə, Naxçıvan qovurması bir süfrədən digərinə, bir nəsildən növbəti nəslə ötürülür. Onun hər tikəsində qış tədarükünün xatirəsi, ailə ocağının istiliyi və Naxçıvanın qədim mətbəx ənənələrinin dadı qorunur. Müxbir- Nail Əsgərov
Bu gün
4027 xəbər bu gün
ABŞ prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Bu barədə Trampın ABŞ hökumətinin Federal Reyestrdə dərc…
“İran xalqı ABŞ prezidenti Donald Trampa böyük məğlubiyyət yaşadıb”. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi öz “X” hesabında bildirib. O qeyd edib ki, İran xalqı döyüş meydanında və Hörmüz…
Azərbaycan hökuməti özəl investisiyaların stimullaşdırılması məqsədilə yeni mexanizmlər hazırlayıb. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən…
Heyvanların erkən kəsiminin qarşısını almaq və yüksək çəkidə kəsimi təşviq etmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçən ixtisaslaşmış intensiv heyvandarlıq…
Azərbaycanın 8 Noyabr Zəfər Günü Ankarada böyük bir tədbirlə qeyd olunub. Bununla bağlı ölkəmizin Türkiyədəki səfirliyi paylaşım edib. “Zəfərimiz davamlı, müstəqilliyimiz və suverenliyimiz əbədi, dövlətimiz isə daim…
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı olub. Bununla bağlı imzalanmış müvafiq əmrə əsasən, Şaiq Şükürov Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Şaiq…
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli daha çox balanslaşdırılıb. Bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən…
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.
Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda yeni vəzifəyə təyin olunub. Oxu.az-a istinadən, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur…
Bakı, 4 noyabr, AZƏRTAC Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (“AIREX 2026”) keçirilir.AZƏRTAC xəbər verir ki, “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Sərgidə 47 yerli…
Bakı, 4 noyabr, AZƏRTAC Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatında hücum nərdivanı ilə qalxma növü üzrə qaliblər və mükafatçılar bəlli…
Tbilisi, 4 noyabr, AZƏRTAC Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının ölkə ilə bağlı genişlənmə hesabatını tənqid edib və sənəddəki faktiki qeyri-dəqiqliklərin, eləcə də yanlış qiymətləndirmələrin…
Azərbaycan 1-ci Liqasının 7-ci turunda bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb. Qonaq konanda meydana çıxsa da, meydan sahiblərinin futbolçuları matçı boykot ediblər. Buna səbəb onların…
Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasının həkim-kardioloqu, Azərbaycan Pediatriya Assosiasiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin…
ABŞ Ticarət Nazirliyi Rusiyanın “Rossiya” aviaşirkətinə qarşı 2022-ci ildə tətbiq edilmiş ixrac məhdudiyyətlərinin müddətini daha bir il uzadıb. TASS-a istinadən, bu barədə nazirliyin ABŞ hökumətinin rəsmi sənədlər…
Nöqsanlar
SDU
“Fənərbaxça”nın yeni baş məşqçisi Əmrə Bəlözoğlunun təyinatının pərdəarxası bəlli olub. İstanbul klubu İsmail Kartalla yollarını ayırdıqdan sonra portuqaliyalı mütəxəssis Serjiu Konseysa ilə razılığa gəlib. "Haber…
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinin qarşıdakı oyunları üçün heyətə dəvət olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi…
Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri bir gündə Rusiya bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 46 pilotsuz təyyarəni vurub. Nazirliyin məlumatına…
Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin…
Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda yeni vəzifəyə təyin olunub.
UEFA Avropa Liqasının ümumi mərhələsinin IV turunda "Renn" və "Olimpiakos" komandaları üz-üzə gəliblər.
Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Axundov küçəsində iki il əvvəl aparılan qazıntı işlərindən sonra yol bərpa edilməyib.
Министр обороны Германии Борис Писториус поздравил демократов с «исторической победой» на выборах в Конгресс США, призвав при этом укреплять европейскую составляющую НАТО. Об этом сообщает...
Gəncədə 88 yaşlı qadının ölümünün təfərrüatı məlum olub. Məlumata görə, Gülsüm Əliyevanın səhhəti oktyabrın 26-da pisləşib. Yaxınları təcili tibbi yardım çağırıblar və qadın xəstəxanaya aparılıb. Sfera.az bildirir ki…
Payız-qış mövsümündə immun sistemini dəstəkləmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Həkimlər xüsusilə orqanizmin ehtiyac duyduğu vitamin və mineralların təbii qidalar vasitəsilə qəbul…
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb. Bu haqda Medianews.az-a özəl məlumat...
Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2026-cı il sentyabrın 4-dən bəri ilk dəfə bir barel üçün 94 dollardan aşağı enib. Ticarət məlumatlarına əsasən, Brent neftinin…
Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizə aparırlar. Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, mundialda…
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.ONN media məktubun mətnini təqdim edir:"Əs-səlamu əleykum və rəhmətullahi və…
İranın Azərbaycanla sərhəd bölgəsində hərbi fəallığını artırması ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Araz çayının cənub sahilində raket buraxılış qurğusu olduğu…
Azərbaycan bazarında 585 əyarlı qızıl-zinət əşyalarının bir qramı təxminən 150–170 manat, 750 əyarlı məmulatların bir qramı 190–220 manat, 999 əyarlı məmulatların bir qramı isə 230–260 manat aralığında təklif olunur…
ABŞ prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Bu barədə Trampın ABŞ hökumətinin Federal Reyestrdə dərc edilmiş bəyanatında…
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verilir. Bildirilib ki…
Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və yaxın gələcək üçün islahat prioritetlərini müəyyən edib…
ABŞ prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Bu barədə Trampın ABŞ hökumətinin Federal Reyestrdə dərc edilmiş bəyanatında…
Зданию парламента Великобритании - Вестминстерскому дворцу - грозит пожар, сравнимый с пожаром в соборе Парижской Богоматери, если депутаты не решат вопрос финансирования реставрации. Об этом пишет The Guardian со…
Профсоюзы, объединения арендаторов и общественные движения семи европейских стран призвали провести согласованные демонстрации 20-22 ноября в знак протеста против роста стоимости жизни, повышения цен на жилье, продукты…
Lənkəranda kişi meyiti aşkarlanıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinin səbəblərindən biri kimi İranla müharibəni göstərib. O, Prezident Donald Trampın da ötən gecə eyni fikri…