AMB "Mobile Payment Solutions"a icrası məcburi göstərişlər verib

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Mobile Payment Solutions" MMC-yə icrası məcburi göstərişlər verib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, şirkətdə həyata keçirilən yerində yoxlama çərçivəsində bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması aşkar edilib. Odur ki, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təşkilata icrası məcburi göstərişlər verilib.