Dəhşətli təyyarə qəzasında milyonçu və ailəsi də həlak olub

Texnologiya sahibkarı və multimilyoner Adam Robinson, həyat yoldaşı və uşaqları ilə birlikdə Floridada “Learjet 60” təyyarəsinin qəzasında həlak olanlar arasındadır.

Bu barədə "New York Post" sahibkarın qardaşına istinadən məlumat yayıb.

Florida ştatının Palm Biç dairəsində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan doqquz nəfərin hamısı həlak olub.

"Dəhşətli fəlakətin qurbanları 44 yaşlı multimilyoner və texnologiya üzrə icraçı direktor Adam Robinson, həyat yoldaşı Helen Şarp və onların azyaşlı uşaqları, dörd yaşlı Emma və iki yaşlı Çarli olub", - nəşr yazır.

Qadın pilotun hava hərəkəti dispetçerləri ilə söhbətinin səs yazısı internetdə dərc edilib. O, yüngül buzlanma və orta dərəcədə turbulentlik barədə məlumat verib və 11 kilometrə qalxmaq üçün icazə istəyib. Lakin qısa müddət sonra o, qəza siqnalı və hündürlüyün sürətlə itirilməsi barədə məlumat verib.