Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.
Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.