Bakıda evdən meyit tapılıb.
Lent.az-a istinadən, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 57 yaşlı Vazeh Cəbrayıl oğlu İbişovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.