Rəşad İlyasovdan Faiq Ağayevin ünvanına qalmaqallı sözlər

Əməkdar artist Rəşad İlyasov Xalq artisti Faiq Ağayevin ünvanına qalmaqallı açıqlama verib.

Axşam.az-a istinadən, R.İlyasov “MTV Maqazin”ə açıqlamasında həmkarının "DreamFest"dəki obrazını tənqid edib.

O bildirib ki, Faiq Ağayev dəbdən düşmüş obraz yaradıb:

“Bu, məqsədyönlü idi. Mənim kimi ifaçılar, sizin kimi aparıcılar danışsın deyə parikdən istifadə edib. Baxmayaraq ki, dəb deyil. Mən də sözümü dedim”.