Onlar məsuliyyətə cəlb olunacaqlar - Tokayev

Ölkəyə zərər vurmağa çalışan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

"Xalqın maraqları naminə islahatların uğurla davam etdirilməsi üçün bizə ölkə daxilində sülh və sabitlik lazımdır. Qazaxıstana zərər vurmağa cəhd edən hər kəs məsuliyyətə cəlb ediləcək", - Tokayev bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Atırau şəhərində dövlət çevrilişinə cəhd olub.