“Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan - təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı olan addımlar barədə fikirlərimi çatdırmağa çalışıram”.Bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ deyib.Partiya sədri bildirib ki, əgər xəbərdarlıqları zamanında diqqət alınıb lazımi addımlar atılsaydı, durumun bu nöqtəyə çatmasının qarşısı alına bilərdi və Ankara Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan Türk Dövlətləri Təşkilatının sammitini keçirmək məcburiyyətində qalmazdı:“Amma edilən yanlışların düzəldilməsi üçün hələ də gec deyil. Azərbaycanda Türkiyənin Cümhuriyyəti Gününün coşqu ilə qeyd edilməsi və Azərbaycan Prezidentinin bu münasibətlə verdiyi mesajda Türkiyə-Azərbaycan strateji tərəfdaşlığına güclü vurğu etməsi Azərbaycan rəhbərliyinin Türkiyəyə təpkili olmadığını və danışıqlara açıq olduğunu göstərdi. Yenə Türk Dövlətləri Təşkilatının zirvəsində Prezident Ərdoğanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova göstərdiyi səmimi münasibət və verilən səmimi mesajlar da yerində oldu. Xüsusilə Prezident Ərdoğanın “Türk dünyasının ailə fotosunda ayrılığa yer yoxdur, əzəldən əbədiyyətə qədər qardaşıq” sözü doğru və anlamlı mesaj idi.Zatən, Türkiyə ilə Azərbaycan arasında qalıcı problemin olacağını düşünmək mümkün deyil. Bəzi konyunktur məsələlər, yanlış anlaşılmalar, yaxud fanatiklər tərəfindən verilən açıqlamaların şamı yatsıya qədər yanar. Türkiyə-Azərbaycan münasibətlərində gec-tez məntiq və qardaşlıq qalib gələcək. Amma bunun olması üçün hamımızın unutmamalı və dərs almalı olduğu bəzi önəmli məsələlər var.Birincisi, Azərbaycanın qardaş olduğu qədər müstəqil ölkə olduğunu da dərk etməliyik. Azərbaycan öz daxili siyasətini özünün uyğun gördüyü şəkildə qurur. Xarici siyasətində də öz maraqları çərçivəsində istədiyi dövlətlə əməkdaşlıq etmək onun ən təbii haqqıdır. Biz Azərbaycanın dəyərini onun üçüncü ölkə ilə əməkdaşlığına görə müəyyən etməməliyik. Əksinə, üçüncü ölkələrin dəyərini Azərbaycanla münasibətlərinə görə müəyyən etməliyik.İkincisi, Qarabağ zəfəri Azərbaycan xalqının və ordusunun zəfəridir. Azərbaycan əsgərinin bu zəfərdəki cəsarət və qəhrəmanlığı müasir dünya hərb tarixinə öz möhürünü vuracaq şəkildədir. Xüsusilə sıldırım qayaların əhatəsindəki Şuşanın azad edilməsi filmləşdirilməli olan epoxal qəhrəmanlıq hekayəsidir. AKP 24 illik iqtidarı dövründə ən doğru qərarlarından birini verərək, Qarabağ savaşında Azərbaycana qətiyyətli dəstək verdi. İndiyədək bundan fəxrlə danışıram. Zatən, bu, həm milli, həm də siyasi baxımdan sərgilənməli olan mövqe idi. Dolayısı ilə bu zəfərdə payımız varsa, bu, bizim üçün ancaq qürur vəsiləsidir. Azərbaycan xalqı və rəhbərliyi də zəfərin qürurunu Türkiyə ilə - bizlərlə - qardaşları ilə comərdcə paylaşdı. Zəfər bayramında Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da daşındı”.Ümit Özdağ Azərbaycanla bağlı başqa bir maraqlı məqama da diqqət çəkib:“Azərbaycan müharibədən sonra noyabrın 10-də qeyd edilməli olan Zəfər Gününü “Atatürkün vəfat günündə bayram olmaz” deyərək, noyabrın 8-nə keçirdi, Prezident Ərdoğanı da baş fəxri qonaq kimi qəbul elədilər. Bütün bunlar Azərbaycan xalqı və rəhbərliyinin zəfərin qazanılmasındakı dəstəyimizə təşəkkürünün ifadəsidir. Bundan artığını istəmək doğru da, ədalətli də deyil.Üçüncü məsələ həm Azərbaycan, həm də digər türk cümhuriyyətləri ilə bağlı qiymətləndirmələrimizin dəyişməsi ilə bağlıdır. Təəssüf ki, Türkiyədə bununla bağlı qiymətləndirmələr zaman-zaman ancaq qardaşlıq məsələsi üzərində qalır. Azərbaycanın və digər türk ölkələrinin tarixlərini, siyasi düzənlərini, ictimai quruluşlarını və geosiyasi mövqe və bundan qaynaqlanan ehtiyaclarını bilmədən və nəzərə alınmadan edilən emosional dəyərləndirmələr bizi gerçəklərdən uzaqlaşdıra bilər. Hər bir türk cümhuriyyətinin geosiyasi gerçəyi bizimkindən fərqlidir. Dost-düşmən və təhdid qavrayışları, əməkdaşlıq ehtiyacları bir-birindən fərqlidir. Onların heç birinə “Sən niyə bu ölkə ilə əməkdaşlıq edirsən və ya etmirsən?” demək haqqımız yoxdur.Dördüncü, Azərbaycan da daxil türk cümhuriyyətlərinin hamısı müstəqil və suveren ölkələrdir və milli qürurlarına bizim qədər düşkündür. Çünki onlar da bizim kimi türkdür. Bu baxımdan, türk cümhuriyyətlərinə baxışımıza sevgi və qardaşlıq duyğularına hörmət və anlayış duyğularını da əlavə etməliyik. Həmçinin xarici siyasətin ancaq duyğu çərçivəsində yox, rasional və qarşılıqlılıq təməlində idarə edilməsini də dərk etməliyik. Öz qardaşlarımızla da belə edirik”.Partiya sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə təkcə eyni soydan gələn iki ölkə deyil, həm də geosiyasi olaraq bir-birini tamamlayan, uzunmüddətli maraqları müştərək olan iki dövlətdir:“Bu səbəbdən Azərbaycanla münasibətlərimizin pozulmasına çalışanlar Türkiyənin də geosiyasi olaraq zəifləməsinə çalışırlar. Azərbaycan haqda mənfi düşünən birinin Türkiyə haqda müsbət düşünməsi mümkün deyil. Sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazanların, danışanların hesablarına baxın: bu insanların Türkiyə, cümhuriyyət və Atatürk haqda bir dənə də olsun, müsbət paylaşımı yoxdur və ola bilməz.Azərbaycanla aramızda yaradılmaq istənilən nifaqa son qoymaq mümkündür, hətta heç çətin deyil. Bunun üçün Prezident Ərdoğan və Prezident Əliyev tərəfindən atılacaq bir neçə addım bəs edəcək. İlk növbədə, iki ölkə arasında nifaq yaratmağa çalışan şəxslər və sosial şəbəkə hesablarına qarşı hüquqi tədbirlər görülməlidir. Hər iki ölkənin rəhbərlikləri və parlamentlərindən qardaşlığımızı və strateji tərəfdaşlığımızı vurğulayan səmimi mesajların verilməsi aradakı incikliyin aradan qaldırılmasına imkan yaradacaq.Prezident Ərdoğanın noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gedərək, Azərbaycana dəstəyimizi və strateji müttəfiqliyimizi vurğulaması çox önəmlidir. “Azərbaycanın dünyadakı yeganə gerçək ailəsi türk dünyasıdır” deyən Prezident Əliyevin Prezident Ərdoğanı zəfər tədbirlərinə dəvət edəcəyinə inanıram.Unutmayın: bir insanın Azərbaycana, Şimali Kipr Türk Cümhuriyyətinə və digər türk cümhuriyyətlərinə baxışı bir nəzarət mexanizmidir. Onlar haqqında pis danışanlar Türkiyənin və türk millətinin dostu ola bilməz. Azərbaycan bizim can qardaşımızdır və əbədiyyətə qədər elə qalacaq”.Telegraf.az
Bu gün
1150 xəbər bu gün
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ondan əvvəl "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Saday Alıyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
2027-ci ildə Azərbaycanda 52 dövlət müəssisəsi dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməli olacaq.
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniya bu il…
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Iclasda Azərbaycan Respublikasının 2027ci il dövlət büdcəsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirə edilir. Qanun layihəsinə əsasən, 2027ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri…
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti…
Gələn il məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi üçün büdcədən ayrılacaq xərcin miqdarı artırılır. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında…
Gələn il üçün orta illik inflyasiya 5.3 faiz proqnozlaşdırılır. Manatın məzənnəsi isə 1.70 manat məbləğində müəyyən edilib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin artmasına səbəb kimi İranı göstərib. O, neft böhranının Ukrayna ilə deyil, İranla bağlı olduğunu bildirib. Trampın sözlərinə görə, ABŞ hazırda dünyanın ən güclü…
Növnəti ildə dövlət büdcəsindən təhsil üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan…
Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində aparılan qazıntı işləri yolda hərəkətin çətinləşməsinə və nəqliyyat sıxlığına səbəb olub. Prospektin AFFA-nın qarşısından keçən hissəsində qazıntı işlərinin…
Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual…
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb. Bu məbləğ ölkənin xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur. Bunu Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
2030-cu ildə Azərbaycanda bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət…
2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat, qeyri-neft-qaz sektorunun ÜDM-nin isə 109,1 milyard manat olacağı proqnozlaşdırılır. Gələn il iqtisadi artımın 2,7%, qeyri-neft-qaz sektorunda…
2027-ci ildə pensiyaçılar üçün dəfn müavinətinin orta məbləğinin 946 manatdan 1 200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır. Beləliklə, pensiyaçılar üzrə orta məbləğin 254…
Milli Məclisdə dövlət büdcəsi layihəsi müzakirə edilib. Təqdim olunan sənədə əsasən, 2030-cu ildə neftin fiskal itkisiz qiyməti hazırkı 85 dollardan 65 dollara düşəcək. İqtisadiyyatın yeni ssenariləri və rəsmi rəqəmlər…
2026-cı ildə dövlət sifarişi ilə oxuyan tələbələrin və təqaüd alanların sayı kəskin artacaq. Növbəti ilin büdcəsində təhsil sahəsinə 613 milyon manat vəsait proqnozlaşdırılır.
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.
Texas ştatında 1995-ci ildən bəri ilk dəfə demokrat namizəd Qina İnoxosa qubernator seçkilərində respublikaçı Qreq Ebbottu məğlub edərək tarixi qələbə qazanıb.
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Первые данные промежуточных выборов в США, свидетельствующие об успехах Демократической партии и возможном изменении расстановки сил в Конгрессе, вызвали снижение курса доллара и падение котировок на азиатских фондовых…
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Кандидат от Демократической партии Абдул Эль-Сайед победил на выборах в Сенат США от штата Мичиган. Он станет первым мусульманином в истории верхней палаты американского Конгресса. Как передает Day.Az, победу Эль-Сайеда…
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 72 655 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilərək ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki…
В Азербайджане мошенники требуют деньги у представителей муниципалитетов от имени Минюста. Со ссылкой на Министерство юстиции, в последнее время участились случаи, когда неизвестные представляются сотрудниками…
Ötən gecədən etibarən Hörmüz boğazının cənubunda qadağan edilmiş zonadan keçməyə cəhd edən 4 neft tankeri dəniz minasına düşərək məhv olub və həmin gəmilər hələ də yanmaqdadır. Bu barədə İran İslam İnqilabı Keşikçiləri…
Первые результаты промежуточных выборов в США, указывающие на успехи Демократической партии и подтверждающие вероятность политического тупика в случае смены состава Конгресса, привели к падению доллара по отношению к…
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında…
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…
Qanun layihəsi
Qanun layihəsi
Milli Məclis
Müzakirə
Sənəd
Qanun layihəsi
Milli Məclis
Qanun layihəsi
Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual…
Bakı, 4 noyabr, AZƏRTACƏmtəə birjalarında qızıl psixoloji hədd hesab edilən 4000 dollardan yuxarı ticarət olunur.AZƏRTAC xəbər verir ki, hazırda qızılın bir troya unsiyasının qiyməti 4010 dollar civarındadır. Qızılın…
Patrulaz.Az Gələn il kənd təsərrüfatı tədbirləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan…
Gələn ilin dövlət büdcəsindən AZAL-a ayrılacaq vəsaitin məbləği məlum olub.
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…
Aktrisa Gültac Əlili aylıq parkinq xərclərindən danışıb. Aktrisa "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun sualını cavablandırarkən gündəlik parkinq üçün 20 manat ödədiklərini bildirib. O qeyd edib ki, aktyor…
2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət,…
3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə…
2027-ci ildə Azərbaycanda büdcə siyasəti bir neçə istiqamətdə həyata keçiriləcək. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci…