Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidmət ərazisində 35 kV-luq "Pirkəkə" hava xəttində təmir işləri aparılacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd və Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.