“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının Özbəkistana səfər edən heyətinə daxil edilməyib.
Portuqaliyalı futbolçu Asiya Çempionlar Liqasının “Paxtakor”la oyunu üçün Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində yer almayıb. Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
“Əl-Nəsr”in baş məşqçisi Anqe Postekoqlu Ronaldoya istirahət vermək qərarına gəlib. Mütəxəssis sıx oyun qrafiki və səfərlərin çoxluğu səbəbindən Kinqsli Koman və Məhəmməd Simakana da istirahət verməyi məqsədəuyğun hesab edib.
Qeyd edək ki, “Əl-Nəsr” bu gün Daşkənddə “Paxtakor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.