İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytla maraqlanır

İngiltərə Premyer Liqasının üç klubu "Nottinqem Forest"in futbolçusu Morqan Qibbs-Uaytla maraqlanır.

Xarici mətbuata istinadən, "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" 26 yaşlı yarımmüdafiəçini yaxından izləyir.

Mançester təmsilçisi oyunçu üçün ən real namizəd hesab edilir.

Xatırladaq ki, Morqan Qibbs-Uayt cari mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.