24 aptekdə nöqsanlar aşkarlandı

2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olub. Aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.

Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2, 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.