Azərbaycan Premyer Liqasının X turunun son qarşılaşmasında “Sumqayıt” və “Şəfa” komandaları heç-heçə edib.
“SOCAR Polymer Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı 30-cu dəqiqədə “Şəfa”nın futbolçusu Musa Quel açıb. “Sumqayıt”ın bərabərlik qolunu isə 71-ci dəqiqədə Ronaldo Vaskes vurub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Turan Tovuz” “Sabah”ı, “Neftçi” “Şamaxı”nı 3:2, “Kəpəz” isə “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” “Zirə” ilə 2:2, “Qəbələ” isə “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.