Ata “Halloween”də uşaqlarına paylanan şirniyyatların içində kiçik mıxlar tapdı

Avstriyada “Halloween” bayramı zamanı naməlum şəxslər tərəfindən uşaqlara paylanan şirniyyatların içərisində mıxlar aşkar edilib.

Bu haqda “Krone” nəşri məlumat yayıb.

Bildirilir ki, Lints şəhərindən olan 28 yaşlı bir ata uşaqlarının “Halloween” bayramında topladığı şirniyyatları yoxlayarkən, şokoladların və jele konfetlərin içərisində gizlədilmiş, uzunluğu təxminən bir santimetr olan kiçik mıxlar tapıb.

Polis araşdırmaya başlayıb və sakinlərə xəbərdarlıq edib ki, Linz-Oed ərazisində “All Hallows' Eve” zamanı toplanmış şirniyyatları yeməsinlər.