Bakıda avtomobil gözəllik salonuna girdi - Foto

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.

Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.

Avtomobilə və obyektə ziyan dəyib.

Araşdırma aparılır.