Bakı, 2 noyabr, AZƏRTAC Fransada mövcud vəziyyəti adi sosial narazılıq çərçivəsindən xeyli kənara çıxan dərin siyasi idarəetmə böhranı kimi xarakterizə edərdim. “Makron diktaturası” və “Makron rejimi” kimi ifadələrin geniş yayılması, ilk növbədə, prezident hakimiyyətinə inamın zəiflədiyini, siyasi elita ilə cəmiyyət arasında uçurumun getdikcə dərinləşdiyini göstərir. Emmanuel Makron hakimiyyətə Fransanı müasirləşdirmək, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmək və ənənəvi partiya sistemindəki böhranı aradan qaldırmaq vədləri ilə gəlib. Lakin hazırda bunun əksini - siyasi parçalanma, cəmiyyətdə qütbləşmənin dərinləşməsi və hakimiyyətin ictimai razılığa nail olmaq imkanlarının azalmasını müşahidə edirik. Buna görə də Makronun əsas problemi konstitusion səlahiyyətlərinin çatışmazlığından daha çox siyasi legitimliyinin zəifləməsidir.Bunu beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə ekspert, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl AZƏRTAC-a açıqlamasında deyib.“Hakimiyyətin sərt reaksiyası və təhlükəsizlik qüvvələrinin geniş şəkildə cəlb edilməsi özü-özlüyündə diktaturanın qurulması demək deyil. Hər bir dövlət ictimai asayişi təmin etməyə və zorakılıq hallarının qarşısını almağa borcludur. Lakin burada iğtişaşlarla mübarizə ilə qanuni siyasi etirazların yatırılması arasında prinsipial fərq qoyulmalıdır. Hakimiyyət cəmiyyətin tələblərinə daha çox güc tətbiq etməklə cavab verirsə, bu, onun siyasi strategiyasında ciddi problemlərin mövcudluğundan xəbər verir. Polis küçələrdə asayişi bərpa edə bilər, lakin vətəndaşların dövlətə inamını qaytara bilməz. Məncə, Fransadakı hazırkı vəziyyətin əsas ziddiyyəti də məhz bundan ibarətdir: dövlət əhəmiyyətli inzibati və güc resurslarını qoruyub saxlayır, lakin cəmiyyətdə barışığa nail olmaq üçün siyasi imkanları nəzərəçarpacaq dərəcədə azalır”.Toğrul İsmayıl qeyd edib ki, bununla yanaşı, Makronun üzləşdiyi böhranı yalnız onun şəxsi səhvlərinin nəticəsi kimi qiymətləndirmək olmaz. “Dövlət borcunun yüksək olması, büdcə məhdudiyyətləri, sosial bərabərsizlik və siyasi parçalanma prezidentin dəyişməsi ilə öz-özünə aradan qalxmayacaq struktur problemləri yaradır. Bununla belə, siyasi rəhbərliyin məsuliyyəti cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirmək deyil, mövcud ziddiyyətləri aradan qaldırmaq üçün mexanizmlər tapmaqdır. 2027-ci ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca yaranmış vəziyyət müxalif qüvvələr, ilk növbədə isə sağçı-millətçi düşərgə üçün əlavə imkanlar yaradır. Bununla belə, Makrona qarşı narazılığın mövcudluğu hələ onun siyasi alternativi ilə bağlı cəmiyyətdə ümumi konsensusun olması demək deyil”, – deyə müsahibimiz bildirib.Politoloq hesab edir ki, daha geniş beynəlxalq kontekstdə Fransanın zəifləməsi Avropa İttifaqı üçün də problemə çevrilir. “Paris aparıcı Avropa dövləti olmaq ambisiyalarını daxili siyasi qeyri-sabitliyi aradan qaldırmaq zərurəti ilə uzlaşdırmaqda getdikcə daha çox çətinlik çəkir. Əsas qənaətim bundan ibarətdir ki, Makronun üzləşdiyi böhran, ilk növbədə, hakimiyyətin konsentrasiyası tədricən siyasi dialoqu əvəz etdiyi idarəetmə modelinin böhranıdır. Güclü dövlət küçələrdəki polislərin sayı ilə deyil, cəmiyyətin etimadını qorumaqla sabitliyi təmin etmək bacarığı ilə ölçülür. Fransa rəhbərliyi bu tarazlığı bərpa edə bilməsə, hazırkı böhran təkcə ölkənin özündə siyasi kursun dəyişməsinə deyil, həm də Avropa siyasətində qüvvələr nisbətinin ciddi şəkildə yenidən formalaşmasına səbəb ola bilər”, – deyə T.İsmayıl fikrini yekunlaşdırıb.
Bu gün
152 xəbər bu gün
spaniya Milli Polisi "Tenerife" futbol klubunun hücumçusu Xesus de Migelin ölümü ilə bağlı araşdırmaya başlayıb. Bu barədə "El Día" qəzeti məlumat yayıb. Araşdırmanın məqsədi futbolçunun meydanda başına gələn hadisənin…
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" və "Aston Villa" komandaları arasında keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna fəal...
UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunlarına start verilib
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb
Oman sahilləri yaxınlığında daha bir tankerə hücum edilib
"Barselona"nın vingeri
UEFA Çempionlar Liqasında IV tura start verilib. Turun ilk günündə 9 qarşılaşma baş tutub. Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. "Sabah"ın rəqiblərindən "Barselona" İspaniyada "Aston…
Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib. Bu barədə "Nova.rs" portalı məlumat yayıb…
İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai Tehranla Vaşinqton arasında razılaşmada yeni irəliləyişin olmadığını açıqlayıb.
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının (STP) qərargahındakı mətbəxdə özü üçün sendviç hazırladığı videonu paylaşıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Barselona" (İspaniya) evdə "Aston Villa"nı (İngiltərə) qəbul edib.
İran hökuməti Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından gəmilərin keçidinə tətbiq edilən məhdudiyyətlərdən azad edib.
В Норвегии рассматривается возможность временного запрета на использование очков с искусственным интеллектом в общественных местах, включая парки, школы и пляжи. Причиной стали опасения, связанные с нарушением…
Super El Niño və qütb burulğanı eyni qışda təsirli olarsa, hava şəraiti dəyişə bilər. 2026–2027-ci illərin qış mövsümü ilə bağlı uzunmüddətli proqnozlarda Avropanın cənub-şərqi və Türkiyə diqqət mərkəzindədir. Dekabrın…
Bakı, 4 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu nəzərdə tutan hərbi razılaşma üzrə danışıqlar aparır.AZƏRTAC xəbər verir ki, bu barədə…
"Özümə də, komanda yoldaşlarıma da güvənirəm. Düşünürəm ki, istənilən vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik".
Bu ilin oktyabr ayında Bakıda yeni tikili mənzillərin orta qiyməti 14% artıb.
Daşkəsən, Tovuz və Şəmkir
Fransada
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb Bu barədə azyaşlının yaxınları məlumat verib. *** Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri…
“Yuxudan oyanarkən baş ağrısı hiss etmək təkcə susuzluqla deyil, digər amillərlə də bağlı ola bilər”. Bu barədə nevroloq Aleksey Məmatov bildirib. Həkimin sözlərinə görə, səhər ağrıları əvvəlki gün az su içmək, kəskin…
Riqada Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə səfir Nərminə Mustafayeva “X” hesabında paylaşım edib. Məsləhətləşmələrdə Azərbaycan və Latviya xarici işlər nazirliklərinin, eləcə…
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilməsi ehtimalı ilə bağlı şərt irəli sürüb. Mertsin bu fikirləri səsləndirdiyi…
"Əgər ABŞ xalqı məndən yorulsa, İsrailə köçəcəyəm və baş nazir olacağam". Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib. Tramp, həmçinin sorğulara əsasən, İsraildə ona dəstək səviyyəsinin…
NATO Rusiya ilə potensial münaqişə vəziyyətində müdafiə strategiyasını nəzərdən keçirir və bu ölkənin ərazisinin dərinliyindəki hərbi qurğulara və infrastrukturlara zərbə endirmək ehtimalını istisna etmir. Bu barədə "The…
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib. Bildirilib ki, rayonlar üzrə ən böyük qiymət…
“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”un…
Oman sahillərində tankerdə insident baş verib. Gəmiyə iki naməlum mərmi düşüb. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat…
Говорят, что все новое - это хорошо забытое старое, и завтра гороскоп дает все возможности, чтобы в этом убедиться. Звезды категорически против любых революций и рискованных экспериментов. Зато придерживаясь проверенных…
Mütəxəssislərin sözlərinə görə, acqarına qəhvə içmək əksər sağlam insanlar üçün ciddi təhlükə yaratmır. Araşdırmalar bunun kortizol hormonunun və ya qan şəkərinin səviyyəsində təhlükəli dəyişikliklərə səbəb olduğunu…
İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa verdiyini bildirib. Bu barədə EFE agentliyi xəbər verib. Nəşrin məlumatına görə, qərar Toledo əyalətindəki qatar faciəsi fonunda verilib. Oktyabrın 28-də səhər Toledo…
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç "Tələbə siyahısı" hərəkatının əsas məqsədinin ölkənin ənənəvi dəyərlərini ləğv etmək olduğunu iddia edib. Sabiq dövlət başçısı bu barədə "TV Informer" telekanalına…
ABŞ prezidenti Donald Tramp ölkənin Quam adasında keçirilən qubernator seçkilərində respublikaçı namizədin qalib gəldiyini açıqlayıb.
Bakı, 4 noyabr, AZƏRTAC Oman sahillərində tankerdə insident baş verib. Gəmiyə iki naməlum mərmi düşüb.AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO)…
"Vikinq"in əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Bu matça da taktiki baxımdan digər qarşılaşmalara hazırlaşdığımız kimi hazırlaşmışıq.
Noyabrın 4-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bəzi insanlar xüsusi səy göstərmədən diqqət mərkəzinə düşürlər. Özünəinamları, yumor hissləri və qarşılarındakı insana dəyərli olduğunu hiss etdirmələri onları başqalarından fərqləndirir. Numerologiyada bu xüsusiyyətlər…
Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ərazidə istirahət mərkəzinə giriş…
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində…
Rusiya ordusu Ukraynanın Xmelnitski Atom Elektrik Stansiyasının (AES) sabit fəaliyyətini təmin edən kritik əhəmiyyətli yarımstansiyaya üç dronla hücum edib. Bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat…
ABŞ Prezidenti Donald Trampın İsrailə hərbi yardımın ilin sonunadək dayandırılacağı ilə bağlı açıqlaması İsrail hökumətində və müdafiə strukturlarında təəccüblə qarşılanıb. İsrailin "Walla" və "Ynet" nəşrlərinin…
Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. Bu barədə Ermənistanın Baş naziri Nikol…