Tbilisi, 2 noyabr, AZƏRTAC Noyabrın 2-də Tbilisidə mərkəzi dəmir yolu vağzalının yanındakı bazarda güclü yanğın baş verib.AZƏRTAC xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, günorta saatlarında baş verən yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.Bir neçə adam tüstüdən zəhərlənib. Onlara təcili tibbi yardım göstərilib.Yanğının səbəbi hələlik məlum deyil. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi