Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə yaşıl meydanlara 2027-ci ildə qayıdacaq.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
O bildirib ki, avqustun 17-də ayağından əməliyyat olunan futbolçu artıq fərdi məşqlərə başlayıb.
Zaur Xudiyev qeyd edib ki, 24 yaşlı yarımmüdafiəçinin hazırda bərpa prosesi davam edir:
“Hazırda əzələsini bərpa edir. Bir sözlə, reabilitasiya mərhələsindədir. Bu ilin sonuna qədər meydanlara qayıdışı gözlənilmir. Yəqin ki, qış fasiləsindən sonra komandaya qoşulacaq”.
Xatırladaq ki, Səbuhi Abdullazadə Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” ilə matçda (1:3) qırmızı vərəqə aldıqdan sonra əsəbiləşərək stadionun qapısına yumruq vurub. Nəticədə qapının şüşələri qırılaraq onun ayağına düşüb və futbolçu ciddi zədə alıb.