Möhtərəm cənab Prezident!
Sizin uzaqgörən təşəbbüsünüzlə 2008-ci ildə təməli qoyulmuş "Bakı prosesi" bu gün artıq sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə dünyanın ən mötəbər və unikal platformasına çevrilmişdir. Müasir dünyada parçalanmaların və qlobal çağırışların artdığı bir dövrdə, Azərbaycanın fərqli xalqları, dinləri və beynəlxalq qurumları bir araya gətirərək barış və həmrəylik körpüləri qurması Sizin qətiyyətli rəhbərliyinizin və ölkəmizin sülhsevər xarici siyasətinjn növbəti parlaq təzahürüdür.
Açılış nitqinizdə toxunduğunuz qlobal problemlər, bəşəriyyətin ortaq gələcəyi üçün dialoqun zəruriliyi və süni intellekt dövründə mədəni müxtəlifliyin qorunması ilə bağlı irəli sürdüyünüz konseptual fikirlər bir daha sübut etdi ki, Azərbaycan sadəcə qlobal humanitar tədbirlərin ev sahibi deyil, həm də beynəlxalq gündəliyi formalaşdıran mühüm ideya və fəaliyyət mərkəzidir. Tarixi ədaləti bərpa etmiş qalib bir ölkənin vətəndaşı olaraq Bakının yenidən dünya sülhünün və qarşılıqlı anlaşmanın paytaxtı kimi çıxış etməsini böyük fəxarətlə izləyirik.
Möhtərəm cənab Prezident, xalqlar arasında dostluğun, birliyin və tolerantlığın möhkəmləndirilməsinə, eləcə də ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunmasına yönəlmiş misilsiz xidmətlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin çiçəklənməsi xalqımızın rifahı və dövlətimizin qüdrətinin daha da artması naminə ali fəaliyyətinizdə Sizə tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əfəndiyev Vəfadar
Azərbaycan Respublikası, Ağsu rayonu.