Rusiya Samara vilayətinin Prosvet şəhərində yerləşən “Samara” istehsalat-dispetçer stansiyası Ukraynanın dron hücumuna məruz qalıb.
Bu barədə ASTRA məlumat yayıb.
Qeyd edilib ki, Avropanın ən böyük ehtiyat parklarından birinin yerləşdiyi ərazidə yanğın baş verib.
Stansiya magistral neft boru kəmərləri nəqliyyatının mühüm infrastruktur obyektlərindən biridir. Obyektdə ümumilikdə 71 çən var və onların saxlama həcmi 1,6 milyon kubmetrdən çoxdur.
Obyekt oktyabr ayında da dəfələrlə hücuma məruz qalıb.