Bakı, 2 noyabr, AZƏRTAC Təbii qaz, elektrik enerjisi və digər xərclərin bahalaşması “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinə birbaşa təsir edir, çünki enerji resursları xərclərimizin təxminən yarısını təşkil edir. Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.“Ümumi xərclərdə təbii qazın payı 39,2 faiz, elektrik enerjisinin payı 7,8 faiz, su və kənardan alınan enerjinin payı 2,2 – ümumi 49,2 faizdir. Ona görə qaz və ya elektrik qiymətindəki istənilən artım xərclərimizə dərhal təsir göstərir”, - deyə qurumun sədri əlavə edib.Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz. Müxbir – Vüsalə Səfərova