Azərbaycan taekvondoçusu qızıl medal qazandı

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Kişilər arasında Qaşim Maqomedov (63 kq) qızıl medala sahib çıxıb. Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.