Umudlu PSJ-nin matçını idarə edəcək

FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının qarşılaşmasında hakimlik edəcək.

O, İspaniyada keçiriləcək “Vilyarreal” – PSJ U-19 komandalarının görüşünü idarə edəcək.

Ona həmyerliləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə ispaniyalı Borxa Qixarro Kolomer olacaq.

Sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.